Türkiyədən 144 Azərbaycan vətəndaşı gətirildi
05 iyun 2020 17:53 (UTC +04:00)

Türkiyədən 144 Azərbaycan vətəndaşı gətirildi

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan Lent.az-a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3160
avatar

Oxşar yazılar