Tələbləri pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır - RƏSMİ
09 iyun 2020 19:27 (UTC +04:00)

Tələbləri pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır - RƏSMİ


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, Qərargahın qəbul etdiyi qərarda bildirilir ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2014
avatar

Oxşar yazılar