Təhsil naziri buraxılmış dərs saatlarından danışdı - VİDEO
11 mart 2020 09:41 (UTC +04:00)

Təhsil naziri buraxılmış dərs saatlarından danışdı - VİDEO

"Martın 11-dən etibarən “Mədəniyyət” kanalında bütün siniflər üzrə 3-4 fənnə dair videodərslərə başlanacaq".

Lent.az xəbər verir ki, bu sözləri “AzTv”-nin “Hədəf” verilişinin qonağı olan Təhsil  naziri Ceyhun Bayramov deyib.

Nazir həmçinin qeydedib ki, “Mədəniyyət” kanalında bu dərslərə baxa bilməyənlər Təhsil Nazirliyinin elektron resursları və sosial şəbəkə vasitəsilə bu dərslərə baxa biləcəklər. Bundan əlavə C.Bayramovun sözlərinə görə, videodərslər zamanı yaranacaq problemlərin aradan qaldırılması üçün təcrübəli müxətəssislər də birbaşa bağlantıya qoşulacaq və şagirdlərə çətin olan məsələlər müzakirə olunacaq.

C.Bayramov verilişdə gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. Ceyhun Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5903
avatar

Mehman Nəbiyev

Oxşar yazılar