Əksəriyyətin doğruluğuna şübhə etdiyi bir sıra əfsanə düşüncələr var. Ancaq əslində heç də onlar bilinən kimi deyilmiş.
Lent.az beyinlərə həkk olunan bir neçə düşüncənin əslində necə olduğunu təqdim edir.
1. Kola dişləri məhv edir.
Əslində: Dişin çürüməsinə kolanın tərkibində olan fosfor və karbon elementlər səbəb olur. Bu maddələr digər limonadlarda da mövcuddur.
2. Saqqızı udsanız 7 il mədənizdə qalacaq.
Əslində: Yapışqanlığına görə mədə suyunun təsiri ilə həll olunmasa da, saqqız təbii yollarla orqanizmdən xaric olunur.
3. Televizora yaxından baxmaq gözləri kor edir.
Əslində: Bunun üçün hər hansı sübut və səbəb yoxdur. Ancaq televizora uzun müddət yaxından baxmaq gözləri yorur.
4. Antibiotiklər virusları öldürür.
Əslində: Antibiotiklər bildiklərimizin tam əksinə, bakteriyaları yox etməyə, yaxud onların çoxalmasının qarşısını almağa kömək edir.
5. Yarasalar kordur.
Əslində: Yarasalar yerləri təsbit etmək üçün səslərinin əks-sədası ilə hərəkət edirlər. Ancaq gecələr müəyyən işıqlar olsa da, yuvalarından çıxırlar.