Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə Qazısı Hacı Mirqiyas Ağa dünyasını dəyişib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, tanınmış din xadimi bu gün səhər saatlarında vəfat edib.
O, 1 iyul 1944-cü ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. Gənc yaşlarından Masallı rayonuna köçüb, cənub bölgəsinin tanınmış din xadimlərindən təhsil alıb. Hacı Mirqiyas dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olub.
Nüfuzlu din xadimi bütün ömrünü islam dininin düzgün təbliğinə, islam əxlaqının cəmiyyətdə layiqli yer tutmasına, dövlətçiliyimizin qorunmasına həsr edib. O, 1997-cu ildən QMİ-nin Cənub bölgəsi üzrə qazısı olub. Hacı Mirqiyas uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib və Masallı rayonu Çaxırlı kənd qəbiristanlığında dəfn olunub.