“İyunun 5-də, cümə günü dövlət qurumlarında qısa iş günü ilə bağlı qəbul edilən qərar özəl qurumlara şamil edilmir. Ancaq onlara da cümə günü mümkün qədər iş saatlarını saat 14:00-da bitirmək tövsiyə olunur”.
Lent.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Qeyd edək ki, iyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.