Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı
27 mart 2020 19:59 (UTC +04:00)

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır. Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları aprelin 21-dək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə qalacaq.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar