Şimal bölgəsində 22 dərəcə şaxta olub
10 fevral 2020 10:17 (UTC +04:00)

Şimal bölgəsində 22 dərəcə şaxta olub

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaltanda 20 sm,  Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub. 

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar