Cəlilabad rayonu, Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimov Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, 2016-cı ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Şagirdlərinin sevimli müəllimi, məktəb kollektivinin mehriban üzvünə çevrilib.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.