Daşkəsəndə polis əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib. Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib.