Sahibkarlar qarşısında əlilliyi olan şəxslərlə bağlı bu öhdəlik qoyulur
25 mart 2020 15:25 (UTC +04:00)

Sahibkarlar qarşısında əlilliyi olan şəxslərlə bağlı bu öhdəlik qoyulur

Əlilliyi olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər məsuliyyətə cəlb olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər kvota üzrə məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə öhdəlik götürüblər. Tərəflərin öhdəlikləri sırasında müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallarının qarşısının alınması, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi səbəbindən əlilliyi olan işçilərin arzusu ilə Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, təqsirkar işəgötürən tərəfindən əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınmaqla iş yerləri ilə təmin edilməsi, əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin Əmək

Məcəlləsi ilə tənzimlənməsinə nəzarətin gücləndirilməsi, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnun təmin edilməsi də yer alıb. Eyni zamanda əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısilə ayrı-seçkiliyə yol verilməməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməməsinin də təmin olunmasına çalışılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar