Türkiyə Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fateh Sayan türkiyəli mühəndislərin ərsəyə gətirdiyi və fiziki SİM kartların yerinə istifadə olunacaq “eSİM” texnologiyasının yaxın zamanlarda fəaliyyətə başlayacağını bildirib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, nazir müavini bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.
Türkiyənin yanvar ayında GSM birliyindən lisenziya alaraq, yerli imkanlarla “eSİM” texnologiyası istehsal edən 4 ölkədən biri olduğunu deyən Ö.F.Sayan, “Tamamilə yerli imkanlarla ərsəyə gələn və adi SİM kartın əvəzləyəcək eSİM-in yaxın zamanlarda tətbiqinə başlanacaq”.