Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb.
Qərarda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın, evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.