Çeçenistanın rəhbəri Ramzan Kadırov koronavirus pandemiyasına görə maliyyə çətinliyi səbəbindən 207 bəyə gəlin almaq üçün vəsait ayrılmasına tapşırıq verib.
Lent.az bildirir ki, onun nikah bağlamaq istəyənlərə yardım qərarı barədə “RİA Novosti” Müsəlmanların Ruhani İdarəsinə istinadla məlumat yayıb.
Ruhanilər tərəfindən tərtib olunan siyahıdan olan bəyin ailələri, müsəlman adətlərinə görə evlilik mərasimi üçün 50 min rubl alacaqlar - gəlinin fidyəsi üçün ödəmə də nəzərdə tutur, nəticədə qızlara pul verirlər.
Müftilərə həmçinin, koronavirus pandemiyası səbəbiylə yeni evlilik qaydaları haqqında da danışılıb. Beləliklə, gəlin üçün yalnız iki maşın gedə bilər və şənlik iştirakçılarının dairəsi ən yaxın qohumlarla məhdudlaşmalıdır.