Qəbələ rayonunun bir sıra yaşayış məntəqələrində dezinfeksiya tədbirləri həyata keçirilib.
Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 25 mart 2020-ci il tarixində rayonun Böyük Pirəli, Böyük Əmili, Hacıalılı, Yeni Dızaxlı, Zirik, Aydınqışlaq və Çuxur Qəbələ kəndlərində sanitar-dezinfeksiya işləri aparılıb.
Bununla yanaşı vətəndaşlar infeksiyaya yoluxma riskinin azaldılması istiqamətində maarifləndirilmiş və onlara Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarlarına əməl edilməsi tövsiyə olunub.