Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.
APA-nın məlumatına görə, bu gün rayonun Heydər Əliyev parkında, 28 May, Həzi Aslanov və Səməd Vürğün küçələrində, Bum və Vəndam qəsəbələrində, Yemişanlı, Mıxlıqovaq və Hacıalılı kəndlərində sanitar-dezinfeksiya işləri aparılıb. Hazırda dezinfeksiya işləri davam etdirilir.
Bununla yanaşı, Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrup üzvləri əhali arasında maarifləndirmə işləri aparır və ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı edilib.