Qəbələ könüllüləri 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə baş çəkiblər.
APA-nın məlumatına görə, Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə Qəbələ könüllüləri 65 yaşdan yuxarı tənha yaşayan sakinlərin sosial-məişət problemləri ilə maraqlanıb, onlara gündəlik əsas tələbat malları çatdırıblar.