Yanvar ayında dəm qazından zəhərlənmə ilə ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 107 müraciət olub.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
O bildirib ki, müraciət edənlər arasından 47-si qəbul olunub.
Dəm qazından zəhərlənənlərin 6-sı azyaşlı olub.
Ötən ay şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb.
Baş həkim bildirib ki, zəhərlənmələrin 80-90 faizi hamam otağında baş verir: “Az hallarda olsa da, məişət qazından da zəhərlənmələr baş verir. Mətbəxdə, qazın açıq qalması səbəbindən sızma nəticəsində də zəhərlənmələr qeydə alınır”.