Qazaxıstan Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir
04 mart 2020 13:19 (UTC +04:00)

Qazaxıstan Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar bu il aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Aygün İbrahimli

Oxşar yazılar