Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub.
APA-nın məlumatına görə, hazırda onların əlaqədə olduğu şəxslər müəyyənləşdirilir.
Daha bir neçə nəfərin isə koronavirus şübhəsi ilə özünütəcrid olunduğu bildirilir. Onların koronavirusa yoluxub-yoluxmadığı aparılacaq test nəticəsində məlum olacaq.
Qeyd edək ki, bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.