Qanunsuz avtovağzal problemi – CİDDİ CƏRİMƏLƏNƏCƏKLƏR
14 fevral 2020 17:26 (UTC +04:00)

Qanunsuz avtovağzal problemi – CİDDİ CƏRİMƏLƏNƏCƏKLƏR

“Ölkə ərazisində ümumillikdə 56 avtovağzal və avtostansiya kompleksi fəaliyyət göstərir, onların 16-sı hələ ki pasportsuzdur”.

Lent.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bunun səbəblərini də izah edib.

Avtovağzal və avtostansiyaların ümumi vəziyyəti ilə bağlı nəzarətin DANX-ə aid olduğunu deyən xidmət rəhbəri avtovağzal və avtostansiyalar haqqında əsasnamənin "Avtomobil Nəqliyyatı haqqında" qanun ilə tənzimləndiyini deyib: “Avtovağzalı avtostansiyadan fərqləndirən əlamətlər var. Avtovağzal üçün keçərli olan meyarlar var. Məsələn, avtovağzalda ən azı 75-dən artıq sərnişintutumlu gözləmə zalı olmalıdır. Amma avtostansiyada bu rəqəm qismən az ola bilər. Bilet kassaları hər ikisi üçün şərtdir. Ancaq elə iaşə, mədəni-məişət təyinatlı sahələr var ki, onlar avtostansiyalarda olmaya da bilər. Perronlar əsasən avtovağzallar üçündür, avtostansiyalar üçün də keçərli ola bilər. Ancaq şəhər nəqliyyatının, taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə avtostansiyada olmaya da bilər. DANX tərəfindən həm avtovağzallar, həm də avtostansiyalar pasportlarla təmin olunmalıdır. 56 bu cür xidmət sahəsindən 16-da  pasportların alınmasında problem var.

N.Allahyarova bildirib ki,  pasportların alınmamasına görə həmin avtovağzallara cərimə tətbiq oluna bilər: “DANX olaraq bir daha xatırladırıq. Onların 10-da artıq bununla bağlı iş gedir, danışıqlar aparılır. 6-na ciddi xəbərdarlıq olunub. Pasportlar avtovağzalların kateqoriyalarına uyğun olaraq verilir. Bu kateqoriyalar sadaladığım infrastruktur kriteriyaları üçün keçərlidir. Həmin meyarlar əsasında da avtovağzallara pasportlar təqdim olunur. Pasportdan sonra avtovağzalların xidmət infrastrukturunda hər hansı dəyişiklik olubsa, pasportların yenilənməsi ilə bağlı bizim quruma yenidən müraciət edirlər”.

Qurum rəsmisi onu da bildirib ki, bəzi sahibkarlar avtostansiyaların mövcud olduğu regionlarda avtovağzal adıyla xüsusi xidmət obyektləri tikirlər: “Belə obyektlərdən biri də Naftalanda istifadəyə verilirb. Sahibkar iddia edir ki, otel tikib və birinci mərtəbəsini avtovazğal kimi istifadə edir. Avtovağzal kimi fəaliyyət göstərmək üçün hüquq sənəd pasportdur. Bu pasport da dövlət tərəfindən verilir. Əgər həmin obyekt pasportu əldə etməyibsə, heç bir halda avtovağzal kimi fəaliyyət göstərə bilməz. Bizim əməkdaşlar həmin əraziyə yerində baxış keçiriblər və məlum olub ki, infrastruktura aid kriteriyaların heç biri yoxdur. Bu cür obyektlərlə bağlı ciddi tədbirlər görüləcək. Cərimələr tətbiq olunacaq. Artıq bununla bağlı proses gedir və il ərzində belə problemlər tam həllini tapacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1961
avatar

Aygün İbrahimli

Oxşar yazılar