Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq” kampaniyası çərçivəsində növbəti ictimai müzakirə "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri" mövzusunda olacaq".
Lent.az xəbər verir ki, aprelin 11-də saat saat 15:00-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə keçirdiyi “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində canlı yayımda növbəti ictimai müzakirə təşkil olunacaq.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov moderatorluğu ilə "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri" mövzusuna həsr olunan ictimai müzakirədə
Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı İctimai Birliyinin sədri, professor Niyazi Mehdi, professor Rahman Badalov və "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri, professor Əhməd Qəşəmoğlu çıxış edəcək.