Psixoloji yardımla bağlı FHN-nin qaynar xəttinə müraciətlərin sayı AÇIQLANDI
15 aprel 2020 12:56 (UTC +04:00)

Psixoloji yardımla bağlı FHN-nin qaynar xəttinə müraciətlərin sayı AÇIQLANDI

"Ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə bu il aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub".

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilib ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi bir həftə ərzində psixoloji yardımla bağlı respublikanın müxtəlif regionlarından qaynar xəttə 350-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatlıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil. 

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Mehman Nəbiyev

Oxşar yazılar