Postpandemiya səhiyyə modeli - Tibb elmləri doktoru yazır
20 aprel 2020 20:42 (UTC +04:00)

Postpandemiya səhiyyə modeli - Tibb elmləri doktoru yazır

Ötən günlərdə bu mövzuda Azərbaycan səhiyyə sistemində bundan sonra olunması vacib olan məsələlərdən bir neçəsinə toxunmuşdum. Məsələnin həqiqət maraq doğurduğunu nəzərə alaraq mövzuya bir neçə əlavələrimi eləmək və bəzi məsələlərə daha da aydınlıq gətirmək qərarına gəldim.

 Pandemiyadan sonrakı dövrdə Azərbaycanın səhiyyə sistemindəki tədbir planlarından biri də regionun və eləcə də şərqin ən güclü tibbə malik ölkələrindən birinə çevrilmək durmalıdır. Bunun üçün artıq ölkə başçısının müvafiq fərmanları ilə Azərbaycanda kifayət qədər infrastruktur yaradılır. Pandemiyadan sonrakı dövrdə bu infrastrukturdan düzgün istifadə və əlavə olaraq yaradılması vacib olan bir neçə mərkəzlərin qurulması Azərbaycanı nəinki şərq eyni zamanda qərb ölkələri arasında da çox önə çıxarda bilər.

 Bu məqsədlə artıq ölkədə bir neçə il öncədən müxtəlif sahibkarlar tərəfindən qurulan tibbi turizm o qədər də effektli olmaması hər kəsə məlumdur. Bunun səbəbində isə təqdim edilən xidmətin keyfiyyətinin səviyyəsindən asılı olmayaraq bir başa gəlir əldə etmək məqsədi durur. Amma dövlətin bu məsələni postpandemiya dövründə bir başa səhiyyə siyasətində nəzərə alması və dəstək göstərməsi tam fərqli effektlər verər. Belə ki, bunun inkişafı nəinki tibbi turizmlə dövlət büdcəsinə böyük gəlir gətirmiş olacaq, eyni zamanda tibbi kadrların artıq ölkədə hazırlanmasına dəstək olacaq ki, bu da öz növbəsində bir başa səhiyyənin daha da inkişafı deməkdir. Bu məsələdə vacib olan isə regionun və digər şərq ölkələrinin analizindən sonra tibbi kadrların müvafiq istiqamətlərdə hazırlanmasıdır. Təəssüf hiss ilə demək lazımdır ki, tibb sahəsində kadrların hazırlanması istiqamətində bu günə qədər edilən yatırımın müqabilində bu gün Azərbaycanda kifayət qədər mütəxəssis yoxdur. Bu gün bilməli olduğumuz məqam isə bizim xaricdə təhsil alıb və təcrübə keçmiş müəyyən ixtisaslar üzrə mükəmməl çalışan 3-5 nəfərimiz ilə səhiyyənin inkişafının və birincilər sırasında durmağın mümkün olmadığını dərk etməkdir.

Yetişəcək kadrların kimliyi məsələsinə gələrkən isə əmin ola bilərsiniz ki, o kadrlar bu gün Azərbaycandan kənarda olan və bu pandemiya dövründə televiziya ekranlarında yaşadıqları ölkənin adını öz arxalarına alaraq xalqın saflığından istifadə edib onlara özlərini böyük mütəxəssis və elm adamı kimi göstərən insanlar ola bilməzlər. Müvafiq elm adamlarının və lazımı kadrların yetişdirilməsində nəzərə alınacaq məqam onların öz ixtisaslarına mükəmməl  yiyələnməklə yanaşı indiki pandemiya kimi vəziyyətlərin təkrar olunması zamanı dövlətin aparmaq istədiyi siyasətə həm də birbaşa dayaq ola bilmələri nəzərə alınmalıdır. Bu istiqamətdə də fərqli modellər təklif etmək olar.

Bütün bunları nəzərə alaraq demək olar ki, Postpandemiya dövrü nəinki doğru qərarlar eyni zamanda ideyalar, yaratmaq və yeniliklərin tətbiqi dövrü olacaq, buna görə də bizlər də yaxşı düşünməliyik, elə indidən...

 Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4157
avatar

Oxşar yazılar