Astarada polis tərəfindən 200-ə yaxın sürücüyə tibbi spirt və maska paylanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən tədbirlərə dəstək olaraq maarifləndirici aksiya təşkil ediblər.
Tədbir çərçivəsində Astara Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt və maskalar paylanıb. Həmçinin gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Sürücülər bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Aksiya çərçivəsində ümumilikdə 200-ə yaxın sürücüyə tibbi spirt və maskalar paylanıb.