Şəkidə polis əməkdaşları çölə çıxa bilməyən yaşlı sakinlərə köməklik göstəriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları xüsusi karantin rejiminə uyğun olaraq çölə çıxa bilməyən tənha, ahıl şəxslərin evlərinə baş çəkiblər.
Onların ehtiyacı olan ərzaq və digər məhsulları alıb, öz evlərində onlara təqdim ediblər. Eləcə də həmin şəxslərlə həmsöhbət olub, mənəvi dəstək olublar.
Karantin rejim qaydaları bir daha onların diqqətinə çatdırılıb, hər hansı bir köməyə ehtiyacları olduğu təqdirdə müraciət etmələri xahiş olunub.