Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il martın 2-dək daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən Lent.az daxil olan məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduna bu il martın 2-dək 108.221.167,74 manat, 213.577,88 dollar, 17.566 avro və 5000 rubl vəsait daxil olub.