Ölümcül virus İrandan Azərbaycana gələn turistlərin sayına təsir göstərəcək? - AÇIQLAMA
24 fevral 2020 13:27 (UTC +04:00)

Ölümcül virus İrandan Azərbaycana gələn turistlərin sayına təsir göstərəcək? - AÇIQLAMA

“İrandan gələn turistlər digər ölkələrdən gələnlərdən bir az fərqlənirlər. Fərq ondadır ki, İranda beynəlxalq ödəniş sistemləri işləmir. Onlar daha çox nağd pulla ödəniş edirlər. Yəni onlarda ilkin sifariş məsələsi bir az çətindir. Ona görə Novruz bayramında İrandan Azərbaycana gəlmək üçün nə qədər yer sifariş edilməsinə dair dəqiq rəqəm yoxdur”. 

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, ötən il Novruzda İrandan çıxışla bağlı siyasi-iqtisadi məsələlərə görə krisiz yaşanırdı, yəni ölkədən çıxa bilmirdilər: "Bu səbəbdən mart ayında İrandan Azərbaycana cəmi 35 min nəfər gəlmişdi, ancaq 2018-ci ildə həmin rəqəm 71 min nəfər idi. Sonradan İranda vəziyyət düzəldi və ötən ilin yekununa görə Azərbaycana gələn İran vətəndaşlarının sayı 255 min nəfəri keçdi. Bu da illik göstəriciyə görə 6,3 faiz çox idi. Bu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 18 faiz, İrandan gələnlərin sayı isə 26,5 faiz artıb. Bu ilin yanvarında İrandan Azərbaycana gələnlərin sayı 13 min nəfər təşkil edib. Bizim proqnozlarımız belə idi ki, dəyişməyən şərtlər nəzərə alınanda - yəni koronavirus çox ciddi dəyişən faktordur -bu il İrandan Azərbaycana gələn vətəndaşların sayı ötən illə müqayisədə təxminən 20 faiz artacaq”. 

Qurum rəsmisi deyib ki, koronavirus böhranı təkcə dövlət səviyyəsində verilən qərarlardan asılı deyil. Bu, ümumi qlobal, psixoloji krizisdir. Bütün dünyada bir psixoloji panika yarandığı üçün insanlar səfərlərini təxirə salırlar: "Bu, bütün dünyaya aiddir. Ona görə də dəqiq rəqəmləri yekunda biləcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar