Nazirlik sakinləri ağacəkmə aksiyasına dəvət edir
29 fevral 2020 15:31 (UTC +04:00)

Nazirlik sakinləri ağacəkmə aksiyasına dəvət edir

“Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən martın 3-də yaz ağac əkini mövsümünə start verilir.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Lent.az-a bildirib ki, Novruz bayramının od çərşənbəsi günündə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  ağacəkmə aksiyası keçiriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Oxşar yazılar