"Müzakirəyə çıxardığımız məktəbli formaları ictimaiyyət tərəfindən çox geniş müzakirəyə əsas verib".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
O qeyd edib ki, çünki bu, 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir: "Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması üçün bizim tərəfimizdən ümumi eskiz nümunələrinə əlavə olunacaq".