Vasif Talıbov Vüsal Şəmsəddin oğlu Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.
***
17.44
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.