Naxçıvanda koronavirsla bağlı vəziyyət AÇIQLANDI
13 aprel 2020 10:43 (UTC +04:00)

Naxçıvanda koronavirsla bağlı vəziyyət AÇIQLANDI

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi koronavirusla bağlı respublika ərazisindəki vəziyyətlə məlumat yayıb.

Lent.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6782
avatar

Oxşar yazılar