Müəllimlərin sənəd qəbulunun müddəti uzadıldı
05 oktyabr 2020 14:53 (UTC +04:00)

Müəllimlərin sənəd qəbulunun müddəti uzadıldı

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti oktyabrın 6-sı 23:59-dək uzadılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə,  yerləşdirmədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, 536 yeni yaranan vakant yer elan olunub. Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb.

Müsabiqənin əvvəlki mərhələlərinə ümumilikdə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Aygün İbrahimli

Oxşar yazılar