Müəllimlərin müddətsiz işə qəbul müsabiqəsinə start verildi
02 mart 2020 12:18 (UTC +04:00)

Müəllimlərin müddətsiz işə qəbul müsabiqəsinə start verildi

Martın 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, proses martın 6-dək davam edəcək.

Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinin keçirdiyi müsabiqədə iştirak etmək istəyən http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Aygün İbrahimli

Oxşar yazılar