Mənşəyi məlum olmayan dərmanlar aşkarlandı
01 iyun 2020 17:38 (UTC +04:00)

Mənşəyi məlum olmayan dərmanlar aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb. Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2896
avatar

Aygün İbrahimli

Oxşar yazılar