Minlərlə müəllim iş yerini dəyişmək istəyir - RƏSMİ
06 iyun 2020 12:08 (UTC +04:00)

Minlərlə müəllim iş yerini dəyişmək istəyir - RƏSMİ


İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. 

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4399
avatar

Oxşar yazılar