Milli Məclisdə idarəetmə rabitə vasitəsilə həyata keçirilir
29 mart 2020 14:27 (UTC +04:00)

Milli Məclisdə idarəetmə rabitə vasitəsilə həyata keçirilir

Xəbər verdiyimiz kimi, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Lent.az xəbər verir ki, Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

Bu gün - martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunaraq, geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar