Marketlərdə bu işlərə heç kim cavadehlik daşımır - AİB SƏDRİNDƏN YENİ TƏKLİF
08 iyun 2020 15:35 (UTC +04:00)

Marketlərdə bu işlərə heç kim cavadehlik daşımır - AİB SƏDRİNDƏN YENİ TƏKLİF

“Marketlərin idarə olunması üçün heç bir hüquqi sənəd yoxdur. Bununla bağlı bizə çox şikayət gəlir. Vətəndaş marketə daxil olanda çantasını qoymaq tələb olunur. Çanta itərsə, heç kim cavadehlik daşımır”.

Bu sözləri Lent.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, market sahibləri taxtaları, rəfləri istehsalçıya satırlar: “Hər bir rəfin öz qiyməti var. Hətta taxtanı marketin hansı tərəfində qoymağın öz qiyməti var. Bunlar hamısı külli miqdarda puldur. Bu pullar vergiyə cəlb olunmur. Buna görə də marketlər üçün müəyyən qaydalar yaradılmalıdır. Market sahibi istehsalçının çörəyini satmaq üçün bir metr yer ayırır və baha qiymətə verir. İstehsalçı çörəyi düzür və ona daha az yer lazım olduğunu gördükdə, yerin azaldılmasını istəsə də, market sahibi bunu etmir. Bu vəziyyətdə çörək qalır və xarab olur. İstehsalçı həmin çörəyi heyvan yeminə çevirməyə məcbur qalır. Yəni market istehsalçıya öz şərtlərini diqtə edir. Məsələn, çörəyə istədikləri qiyməti təyin edirlər. Normal, standartlara uyğun çörək istehsal edən müəssisələlər var. Onlar çörəyə özlərinə sərf edən qiyməti təyin edir. Ona görə də biz Nazirlər Kabinetinə təklif edirik ki, marketlər üçün qaydalar hazırlansın və marketçilər istehsalçı ilə o qaydalar əsasında anlaşsın”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6166
avatar

Aygün İbrahimli

Oxşar yazılar