Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.
Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.