Layihə rəhbəri: “COVİD-19-la mübarizə sahəsində təcrübəli həkim heyəti formalaşacaq”
16 aprel 2020 11:26 (UTC +04:00)

Layihə rəhbəri: “COVİD-19-la mübarizə sahəsində təcrübəli həkim heyəti formalaşacaq”


“16 xəstəxana seçilib, öncə Bakıdakı 4 xəstəxanada, daha sonra isə regionlardakı xəstəxanalarda iki həftəlik fəaliyyətə başlayacağıq, həkim həmkarlarımızın bacarıqlarının artırılmasına dəstək verəcəyik”.

APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə layihə rəhbəri Hamza Zeytinoğlu bildirib.

H. Zeytinoğlu deyib ki, təlimlər başa çatandan sonra Azərbaycanda bu sahədə təcrübəli həkim heyəti formalaşacaq: “Azərbaycan COVİD-19-a qarşı mübarizəyə uğurla start verib, inşallah, uğurla da davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977
avatar

Oxşar yazılar