Küçə itləri ilə bağlı çətinlik – "İcra hakimiyyəti ilə görüşə bilmirik"
03 mart 2020 12:16 (UTC +04:00)

Küçə itləri ilə bağlı çətinlik – "İcra hakimiyyəti ilə görüşə bilmirik"

Xaçmaz rayonunda 3 ildir fəaliyyət göstərən “Biz də yaşamaq istəyirik” heyvan sığınacağında çətin vəziyyət yaranıb.

Küçə heyvanlarının saxlandığı sığınacağın yaradıcı Nailə  Rüstəmli Lent.az-a açıqlamasında bildirib ki, sığınacaqda itlərə demək olar ancaq  öz güclərinə baxırlar: “Yerli sakinlər kömək etmir. Əksinə mane olmağa çalışırlar. Sosial şəbəkələr vasitəsilə kömək edənlər olur. Hazırda heyvanlara yem almaqda çox çətinlik çəkirik”.

N.Rüstəmli bildirib ki, Rayon İcra Hakimiyyəti ilə görüşmək və küçə itlərinin problemlərini onlarla həll etmək istəyir: “Rayon İcra Hakimiyyəti ilə görüşmək və onların dəstəyini almaq istəyirik.  Amma heç bir şəkildə görüşə bilmirəm. Onların dəstəyi olsa, heyvanları qısırlaşdırıb çoxalmasının qarşısını almaq mümkün olar”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507
avatar

Aygün İbrahimli

Oxşar yazılar