Koronavirusun nələrin üzərində daha uzun yaşadığı aydın olub
28 fevral 2020 17:15 (UTC +04:00)

Koronavirusun nələrin üzərində daha uzun yaşadığı aydın olub

ABŞ-da yeni növ koronavirusun hansı səthlərdə daha uzun ömür sürdüyü araşdırılıb.

Lent.az e-tibb.az-a istinadən xəbər verir ki,  ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusun hansı səthdə daha uzun zaman yaşadığını açıqlayıb.

Alimlər bununla bağlı fərqli səthləri öyrəniblər, məlum olub ki, polad və mis üzərində koronavirus təxminən iki saat, kağız və plastik kütlələrdə isə daha uzun zaman həyat sürür.

R.Redfild əlavə edib ki, araşdırmalar hələ davam edir. 

Onun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində koronavirusa kütləvi yoluxmaya səbəb hava-damcı yolu yox, məhz virusa yoluxmuş səthlər ola bilər.
Qeyd edək ki, Yaponiyanın Yokohama dəniz limanında karantin altında saxlanılan “Diamond Princess” kruiz gəmisində yüzlərlə insanda yeni növ koronavirus aşkar edilib. Gəmi iki həftədən çox müddətə Yokohama  şəhərində limanında karantinə dayanıb. Gəmidə olanlartdan 691 nəfər koronavirusa yoluxub. Onlardan dördü dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186
avatar

Oxşar yazılar