Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 60 108 193 nəfərə çatıb.
Lent.az "Worldometers" saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:15-ə olan məlumata görə, koronavirusdan 1 414 925 xəstə ölüb, 41 556 897 nəfər sağalıb.
Xatırladaq ki, indiyədək Azərbaycanda ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir.