Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianənin məbləği 100 milyonu keçdi
31 mart 2020 14:39 (UTC +04:00)

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianənin məbləği 100 milyonu keçdi

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

APA-nın məlumatına görə, bu günə kimi fonda 102 741 569 manat, 132 966 dollar, 26 468 avro, 500 GBP vəsait köçürülüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycanda əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar