Koronavirusla Mübarizəyə Dəstək Fondu bu tarixədək fəaliyyət göstərəcək
19 mart 2020 16:01 (UTC +04:00)

Koronavirusla Mübarizəyə Dəstək Fondu bu tarixədək fəaliyyət göstərəcək


Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. 

APA-nın xəbərinə görə, bu barədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydasında bildirilib. 

Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.  Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.

Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar