“Ölkəmizdə koronavirus xəstəliyi üçün tətbiq olunan müalicə protokolları beynəlxalq təcrübəyə əsaslanır”.
APA-nın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, burada həm Türkiyənin, həm də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcrübəsindən istifadə edilir.
R. Bayramlı qeyd edib ki, xəstələr inkubasiya və müalicə müddətini başa vurduqdan sonra evə buraxılır: “İnanırıq ki, qarşıdakı həftələrdə koronavirusdan sağalanlarla bağlı daha da böyük rəqəmlərə nail olacağıq”.