“Koronavirusa yoluxmağa heç də dırnaqarası baxmaq lazım deyil. Bu gün mənim evimə o formada gələn həkimlər, sabah sənin də evinə gələ bilər”.
Lent.az xəbər verir ki, bu açıqlamanı APA TV-nin “APArelel” verilişinə açıqlamasında karonavirusa yoluxub sağalmış 3 saylı Klinik Şəhər Xəstəxanasının həkimi Namiq Nəbiyev deyib.
O bildirib ki, insanlar koronavirusa görə yaxma götürülənlərdən özlərini təcrid etməyə çalışmasınlar və həmin insanın hansı hissləri keçirdiyini anlamağa çalışsınlar: “Mən infeksionistəm, özümü qorumaq qabiliyyətim daha çoxdur. Çünki bu xəstələri görmüşəm, içində olmuşam. Ona görə demək istəyirəm ki, mən xəstələndimsə, hamımız xəstələnə bilərik”.
Lent.az videonu təqdim edir.