Koronavirusdan qorunmaq üçün dərmana gərək yoxdur?
04 mart 2020 09:10 (UTC +04:00)

Koronavirusdan qorunmaq üçün dərmana gərək yoxdur?

Koronavirusa qarşı peyvənd, eləcə də virusu müalicə edən dərmanların tapılması istiqamətində araşdırmalar davam edir.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, Taylanddan olan yoluxucu xəstəliklər üzrə mütəxəssis Vanphen Sutsamai antivirus dərmanlarının COVID-2019 virusunun qarşısının alınması üçün effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, koronavirus infeksiyasının qarşısını almaq üçün antivirus dərmanları qəbul etmək və özünü müalicə ilə heç bir müvəffəqiyyət əldə etmək mümkün deyil. Antivirus dərmanları, o cümlədən autoimmun xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla müalicəyə ehtiyac yoxdur.

Mütəxəssis qeyd edib ki, özünü müalicə etmək istəyən hər bir insan reklam olunan dərmanlarıı aptekdən alıb içir. Amma dərman nə qədər təsirli olursa-olsun, peyvənd deyil. Ona görə də, dərman içərək hələ gizli inkişaf edən virus infeksiyasını "dəf edə" bilsə də, bir müddət sonra digər viruslara yoluxur. Və ətrafdakı insanlar üçün təhlükə mənbəyi kimi qalır. Çünki qəbul olunan dərmanlar yalnız virusun əlamətlərini gizlədir. Xəstəliyi simptomsuz keçməsi isə daha çox yoluxmaya səbəb olur. Həkim bildirib ki, kütləvi yoluxmalar zamanı belə şəxslərin ətrafdakılar üçün böyük bir risk daşıdığını unutmaq olmaz.

Mütəxəssis onu da bildirib ki, qızılca xəstəliyi olan xəstə yeni koronavirusa yoluxub-yoluxmadığını xüsusi bir təhlil olmadan təyin edə bilməz.

O, Rusiya istehsalı olan virus əleyhinə “Arbidol' preparatının Çində koronavirusun müalicəsində istifadəsi haqqında məlumatlara toxunaraq, koronavirusun profilaktikası üçün dərman qəbul etməyə gərək olmadığını vurğulayıb. Çünki bu üsul yanlış təhlükəsizlik hissi yaradır, halbuki virusdan qorunmaq üçün heç bir zəmanət yoxdur.

Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün yalnız gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Bu isə əllərin sabunla tez-tez yuyulması, dezinfeksiyaedici maddələrin istifadəsi və tibbi maskaların geyilməsindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar