Koronavirusa qarşı dərmanın İLK SINAĞI
26 fevral 2020 15:49 (UTC +04:00)

Koronavirusa qarşı dərmanın İLK SINAĞI

 

ABŞ-da koronavirusa qarşı potensial dərman hesab edilən virus əleyhinə preparatın ilk kliniki sınağı keçiriləcək. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Nebraska ştatında baş tutacaq tədqiqatda bütün dünyadan 400 pasiyent iştirak edəcək. Könüllülərin yarısı virus əleyhinə “Remdesivir”, qalanları “Plasebo” preparatları alacaq. 

Koronavirusa yoluxanların, ən azı yüngül COVID-19 simptomları varsa, sınaqda iştirak etmək hüququ var.

Hazırda bütün dünyada 80 mindən çox adamın yoluxduğu və 2,7 mindən çox insanın öldüyü 2019-nCov yeni virusu əleyhinə vaksin, yaxud sınaqdan keçirilən müalicə vasitəsi mövcud deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Oxşar yazılar