Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ MƏLUMAT yayıldı
07 fevral 2020 09:44 (UTC +04:00)

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ MƏLUMAT yayıldı

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər qalıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıblar.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar